Qadınların diqqətinə: Bu 7 ağrının arxasında nə dayanır?

saytların hazırlanması

Evə çatdırılma

Qadınların diqqətinə: Bu 7 ağrının arxasında nə dayanır?

Sağlamlıq

09 Noyabr 2026 09:49 23


Qadınlarda 40-60 yaş aralığında yaranan bəzi ağrılar yalnız yaşlanma və ya oynaq problemləri ilə əlaqəli olmaya bilər. Hormonal dəyişikliklərin baş verdiyi perimenopoz və menopoz dövrü də bu ağrıların səbəblərindən biri ola bilər.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi məqamlara görə, estrogen hormonu yalnız uşaqlıq və yumurtalıqlara deyil, həm də oynaqlara, vətərlərə, əzələlərə və sinirlərə təsir göstərir. Bu hormonun səviyyəsindəki dəyişikliklər qadınlarda müxtəlif nahiyələrdə ağrı və narahatlıqlara səbəb ola bilər.

Belə şikayətlərlə həkimə müraciət edən qadınların bir çoxu əvvəlcə ortoped, fizioterapevt və ya nevroloqa üz tutur. Lakin bəzi hallarda ağrıların arxasında perimenopoz dövründə baş verən hormonal dəyişikliklər dayanır. Marqarita pizza

Bu dövrdə müşahidə edilən əsas şikayətlərdən biri çiyin ağrısıdır. Xüsusilə 40-60 yaş aralığında olan qadınlarda daha çox rast gəlinən donuq çiyin sindromu hərəkət məhdudiyyətinə və ağrıya səbəb ola bilər.

Daban ağrıları da estrogen səviyyəsinin azalması ilə əlaqəli ola bilər. Belə ki, hormonal dəyişikliklər vətərlərin və bağların elastikliyinə təsir göstərərək narahatlıq yarada bilər.

Bundan başqa, uzanarkən, xüsusilə də yan üstə yatanda artan bud-çanaq nahiyəsində ağrılar, əllərdə keyimə və uyuşma da bu dövrdə müşahidə edilə bilər. Karpal tunel sindromunun yaranma ehtimalı da perimenopoz və menopoz dövründə arta bilər.

Hormonal dalğalanmalar miqren tutmalarının tezliyinə və xarakterinə də təsir göstərə bilər. Bəzi qadınlarda baş ağrıları sıxlaşır, digərlərində isə əvvəlkindən fərqli formada özünü göstərir.

Digər mühüm əlamətlərdən biri cinsi əlaqə zamanı ağrı hiss edilməsidir. Bu, estrogen azalması nəticəsində vaginal toxumaların nazilməsi ilə əlaqəli ola bilər. Lakin belə ağrılar yaşlanmanın qaçılmaz nəticəsi hesab edilməməlidir. Müvafiq müalicə üsulları mövcuddur.

Perimenopoz dövründə bədənin müxtəlif nahiyələrində yayılan əzələ ağrıları da yarana bilər. Bu vəziyyət tibbdə menopozun dayaq-hərəkət sistemi sindromu kimi xarakterizə olunur.

Bununla belə, sadalanan ağrıların hər birinin başqa səbəbləri də ola bilər və hormonal dəyişikliklərlə əlaqələndirilməzdən əvvəl digər ehtimallar araşdırılmalıdır. Bu əlamətlərin bir qismi ilə estrogen arasındakı əlaqəyə dair elmi sübutlar hələlik əsasən müşahidə tədqiqatlarına söykənir.

Ağrılar menstrual dövrün dəyişməsi ilə eyni vaxtda başlayıbsa, ginekoloqa müraciət etmək və perimenopoz ehtimalını da müzakirə etmək tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!