“15 qəpiklə heç kim kasıblamaz” - Deputat benzinin bahalaşmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“15 qəpiklə heç kim kasıblamaz” - Deputat benzinin bahalaşmasından danışdı

Siyasət

15 Sentyabr 2021 14:09 9995


"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür".

“Yeni Sabah” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, benzinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı başadüşüləndir: "Nəzərə almaq lazımdır ki, bahalaşma ilə yanaşı ölkədə müsbət istiqamətdə də dəyişiliklər olur. Misal üçün, təqaüdçülərin sosial təminatının yaxşılaşdırılması üçün onların müavinətlərinin artırılması ilə bağlı qərar qəbul edilib. Bu, sevindirici haldır. Lakin benzin qiymətinin qalxması, doğrudan da, təkcə sürücülərə təsir etmir. Yükdaşımaları zamanı məhsulun qiymətinə də təsir edir. Yəni benzinin qiymətinin qalxması, belə demək mümkünsə, elə bütün vətəndaşları narahat edən məsələdir. A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı. Həmçinin, Qarabağın yenidən qurulması və bərpası istiqamətində də ciddi işlər gedir ki, bu da, xərc tələb edir". / Hurriyyet.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M.Vuqar.M-oglu.
    Her il 15 qep deye deye insanlari caresiz veziyyete salmaq lazim deyil! Hec olmasa bu XALQI sevindirecek de nese dusunmek lazimdir bele olmaz axi!
    5 years ago
  • Teyyub Əhmədov
    Sərəd qoşunlarında xidmət etmişəm. İki aydı pensiyaya çıxmışam hələdə maış ala bilmirəm. Həmdə kirayə yaşıyıram, ayda 350 manat ev yəssinə ödüyürəm. Bangdan pul götürmüşəm aylıq ödənə edirəm. Övladımı məllim yanına qoymuşam. 25 il dövlətə xidmət etmişəm. Dövlət mənə ev belə verməyib. İndi mən necə dolanım. Bunu zəhmət olmasa mənə açığlaya bilər???
    5 years ago
  • Rizvan
    Bu deputata demək lazımdır ki, sənin nə vecinə. Yüksək maaşın + bütün şəraitin də yerində. "Toxun acdan xəbəri olmaz" burda deyiblər. Vay kasıbın halına.
    5 years ago