Azərbaycan və Pakistan arasında yeni mərhələ başlayır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Pakistan arasında yeni mərhələ başlayır

Siyasət

28 Noyabr 2026 18:18 50


Azərbaycan və Pakistanın ali məhkəmələri dekabrın 2-də iki ölkə arasında institusional əlaqələrin və məhkəmə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayacaqlar.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə hökumət nümayəndəsi bildirib.

İmzalama mərasimi İslamabadda baş tutacaq. Sənədi Pakistan Ali Məhkəməsinin sədri Yəhya Əfridi və Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov imzalayacaqlar. Online shopping Azərbaycan

Bəyanata əsasən, razılaşma iki ölkənin ali məhkəmə orqanları arasında institusional əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, habelə məhkəmə təcrübəsi, peşəkar biliklər və qabaqcıl təcrübə mübadiləsinə yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!