15 yaşlı qız qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

15 yaşlı qız qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirildi

Kriminal

17 Mart 2021 17:44 1015


Türkiyədə 15 yaşlı tələbə qız qardaşı tərəfindən boğazı kəsilərək vəhşicəsinə öldürülüb.

Yenisabah.az sonxeber.az-a istinadən xəbər verir ki, Konyada yaşayan 15 yaşlı Yağmur.B 25 yaşlı qardaşı Soner.B tərəfindən öncə bıçaqlanıb, daha sonra boğazından kəsilərək qətlə yetirilib.

Yağmur.B-nın valideynləri evə gələndə onun qapını açmadığını görüb, polisə müraciət ediblər. Evə gələn polislər qızın meyitini tapıblar. Araşdırmalar zamanı tələbənin şizofreniya xəstəliyindən əziyyət çəkən qardaşı Soner.B tərəfindən öldürüldüyü müəyyən olunub. pizza hut

Soner.B polislər tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı martın 7-də Soner.B-nın sosial şəbəkədəki şəxsi səhifəsində "Qadınlara şiddətə son" mesajını paylaşdığı müəyyən olunub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!