Ramiz Mehdiyev var-dövləti haqqında danışdı:   “O pulları öz zəhmətimlə yığmışam”

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev var-dövləti haqqında danışdı: “O pulları öz zəhmətimlə yığmışam”

Kriminal

27 Noyabr 2026 20:32 168


Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu gün keçirilən məhkəməsində videokonfrans vasitəsilə ifadə verib.

"Yeni Sabah" Xitab24.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində sualları cavablandıran Mehdiyev, evindən çıxan 17 milyon manatdan da danışıb.

Dövlətə xəyanətdə təqsirli bilinən "Boz kardinal" həmin pulları öz zəhməti ilə qazandığını deyib: Online shopping Azərbaycan

"1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam".

Bugünkü və daha öncə keçirilən məhkəmədə R.Mehdiyevin ailə üzvləri də ifadə veriblər.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Məhkəmə prosesi başa çatan Ramiz Mehdiyev 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Onu da əlavə edək ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!