Azərbaycan 2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə 163,85 milyon ABŞ dolları dəyərində 135 min 641 ton pomidor ixrac edib.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə pomidor ixracının dəyəri 10% artıb, həcmi isə 1% azalıb.
İxracın əsas hissəsi Rusiyanın payına düşüb. Belə ki, Rusiyaya 152,4 milyon dollar dəyərində 127 min 212 ton pomidor satılıb. Belarusa 5,75 milyon dollar dəyərində 2 402 ton, Gürcüstana 2,7 milyon dollar dəyərində 3 810 ton, Ukraynaya 1,4 milyon dollar dəyərində 1 175 ton, Polşaya isə 1,2 milyon dollar dəyərində 737 ton pomidor ixrac olunub. Dördpendirli pizza
Bu il diqqətçəkən məqamlardan biri də Azərbaycanın son 16 ildə ilk dəfə Bolqarıstana pomidor tədarük etməsidir.
Hesabat dövründə bu ölkəyə 19,2 min dollar dəyərində 17,9 ton pomidor göndərilib.
Telegram kanalımız