Almaniyalı jurnalist Hartmut Şerzer dünya çempionatları tarixində rekorda imza atıb.
"Yeni Sabah" xəbər verir ki, 88 yaşlı media nümayəndəsi ardıcıl 17-ci dəfə dünya çempionatını yerində izləyir.
Şerzer ilk mundialına 1962-ci ildə qatılıb və o vaxtdan bəri keçirilən bütün turnirlərdə iştirak edib. Toyuqlu pizza
O, futbol əfsanələri Pelenin, Bekkenbauerin, Maradonanın və s. oyunlarını canlı izləyən nadir jurnalistlərdəndir.
FIFA jurnalistə Dünya Kubokunun miniatür surətini təqdim edib.
O, 1988-ci ildə Almaniyanın “Abendpost” qəzeti bağlandıqdan sonra sərbəst idman jurnalisti kimi fəaliyyət göstərir. Almaniya və İsveçrə nəşrləri üçün yazılar hazırlayır.
Telegram kanalımız