"Real Madrid"in futbolçusu Yan Diomandenin hüquqşünaslar komandası onun yaşı ilə bağlı iddiaları məhkəmədə çözməyə çalışacaq.
“Yeni Sabah” xəbər verir ki, bu iddiaları sosial media fenomeni Kombo yayıb.
Kombodan Diomandenin 19 yaşında olmadığına dair iddiaları təsdiqləyən rəsmi sənədlər tələb olunacaq. Sərfəli qiymətə məhsullar
Sübuta yetirilmədiyi təqdirdə, fenomeni hüquqi məsuliyyət gözləyə bilər.
Bu addımın atılmasında əsas məqsəd futbolçunun yaşı ilə bağlı əsassız iddialar səsləndirən digər şəxslərə də açıq xəbərdarlıq etməkdir.
Nazim Hacıyev
Telegram kanalımız