YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər” - Erməni politoloq

“2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər” - Erməni politoloq

Siyasət

06 Oktyabr 2022 19:53 905


Politoloq: 2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər

Yenisabah.az xəbər verir ki, bunu oktyabrın 6-da müzakirə zamanı politoloq Yervand Bozoyan deyib.

“2-3 ay ərzində hər şey belə davam edərsə, İrəvanın Donbasa və ya Dəməşqə çevrilə biləcəyi vəziyyətə düşə bilərik.  2018-ci ildə hakimiyyətə gələn siyasi qüvvə cəmiyyətimizin məhsuludur. Nəticədə dövlət tədricən dağıldı. Çoxları başa düşmür ki, dövlətçiliyin itirilməsi nə deməkdir.

Bunu heç kim izah etməyib, ekspertlər danışmır, çünki onlar rəsmi qurumlarla işləmirlər və məlumatı yoxdur.

Ancaq hakimiyyətin müəyyən hissəsi bilir, bundan ciddi qorxur və çox çətin seçim qarşısındadır: dövləti və ya şəxsi xilas etmək. Bu gün Ermənistan olmaq və ya olmamaq dilemması var. Bu, mücərrəd ifadə deyil, Ermənistan heç vaxt belə vəziyyətdə olmayıb.

Levon Ter-Petrosyan Ermənistanı xilas etmək üçün Qarabağı sivil şəkildə birləşdirməyə və təslim etməyə çağıranda Nikol Ermənistan məsələsinin artıq masada olduğunu başa düşdüyü üçün bu siqnalı qəbul etmədi. Ona görə də keçid meydançasına çevrilmiş Ermənistanı necə xilas etmək lazım olduğunu anlamaq lazımdır. Biz əhali ilə səmimi məlumatlandırma işi aparıb deməliyik ki, ölkə taleyüklü seçim qarşısındadır. Bundan sonra biz Ermənistanın xilası komitəsi yaratmalıyıq ki, bu komitə də fövqəlmilli xarakter daşımalıdır”, – Bozoyan deyib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!