Paşinyandan şok qərar:   İstefa verəcək...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan şok qərar: İstefa verəcək...

Siyasət

28 Noyabr 2026 23:40 195


Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhün əldə olunması yolunda son maneə hesab etdiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, Paşinyan bu barədə ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.

O bildirib ki, parlament müxalifəti yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməlidir. Baş nazir müxalifətin bu məsələdə mövqeyini dəyişəcəyinə ümid etdiyini vurğulayıb. Elektronika məhsulları

Paşinyanın sözlərinə görə, Ermənistan institusional dövlətə çevrilməli, sülh prosesi isə möhkəm təməllər üzərində qurulmalıdır.

O, yeni Konstitusiya layihəsinin referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkidə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Paşinyan növbəti seçkiyədək əsas diqqətini sülh prosesinin institusional əsaslarının yaradılmasına və yekunlaşdırılmasına yönəldəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!