“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!
26 Okt 2020 23:40
6113

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

"Paşinyan deyib ki, ağrılı kompromislərə razıyıq, amma kapitulyasiyaya yox – Prezident demiş, bəs nə oldu, yallı gedirdin, “Qarabağ Ermənistandlr. Nöqtə”, deyirdin, nə oldu indi?! Bəs deyirdin vermirəm, torpağı yəni?!".

Yenisabah.az xəbər verir ki, bu sözləri REAL partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli deyib.

"Paşinyan, “qırmızı cizgimizə yaxın kompromis”, deyib – belə anladım ki, daha Dağlıq Qarabağın müstəqilliyinə heç özü də inanmır, yüksək status istəyir – qulağınızın dibini görərsiz, bitdi özəl status məsələsi!

Amma ən maraqlı məqam başqa idi – Paşinyan sonda deyir ki, gör dünya nə günə qalıb ki, Moskva, Paris, Vaşinqton Azərbaycanı dayandıra bilmir – xeyli güldüm, adam hələ də anlamır ki, Bakı elə de-fakto ittifaqlar qurub ki, hər təzyiq elementinə qarşı iki əks-təzyiq elementi işə düşür! Və de-fakto ittifaq üzvləri Parislə də, Vaşinqtonla da, Moskva ilə də ayrıca danışırlar!

Erməni saytlarının forumlarında Paşinyanın, “ağrılı güzəştlərə hazırıq”, sözlərini topa tutublar – deyirlər ki, nə deyirsən, 7 rayonu qaytaraq Azərbaycana?! Olmaz, qaytarmayacağıq!

Bunlar xəstədilər, dəlidilər, nədilər, artıq 4 rayon qayıdıb, 2-3 günə daha 2 rayonu azad edəcəyik, qalır Ağdam – onu da Ordumuz “bezkraska” alacaq! Nə 7 rayon, nə qaytarmırıq?!", - deyə N.Cəfərli qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər