Aqil Məmmədova “polkovnik” ali hərbi rütbəsi verildi

saytların hazırlanması

Evə çatdırılma

Aqil Məmmədova “polkovnik” ali hərbi rütbəsi verildi

Siyasət

29 Noyabr 2026 20:49 44


Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova "polkovnik" ali hərbi rütbəsi verilib.

"Yeni Sabah" "Unikal"a istinadla xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.

​1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov ​2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb. Online shopping Azərbaycan

O, "Vətən uğrunda", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.

​Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!