Rusiyanın Krasnodar əyalətində 2 azərbaycanlı və 1 erməninin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, noyabrın 22-də axşam saatlarında “Volkswagen” markalı avtomobili idarə edən 46 yaşlı qadın Krasnodar şəhərində qəza törədib.
Nəticədə o, “VAZ-2110” markalı avtomobillə toqquşub.
Qəzada yaralanan sürücü və iki sərnişin – 20 yaşlı Ermənistan vətəndaşı və iki 19 yaşlı Azərbaycan vətəndaşı müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb.
Telegram kanalımız