ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər

Dünya

03 May 2026 17:24 90


Mərakeşdə keçirilən "Afrika aslanı" təlimi zamanı iki ABŞ hərbçisi itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığından məlumat verilib.

Məlumata görə, hadisə Tan-Tan şəhəri yaxınlığındakı Kap-Draa təlim poliqonunun yaxınlığında baş verib.

ABŞ, Mərakeş və digər tərəfdaş ölkələrin silahlı qüvvələri quru, hava və dəniz vasitələrindən istifadə edərək əlaqələndirilmiş axtarış və xilasetmə əməliyyatlarına başlayıb.

Qeyd edək ki, “Afrika aslanı” ABŞ, NATO müttəfiqləri və Afrika tərəfdaş ölkələri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulmuş ən böyük illik birgə təlimdir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!