Lənkəranın şəhərindəki "Müəllimlər binası"nda bıçaqlanma qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, 34 yaşlı Xanbulan kənd sakini Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə 29 yaşlı arvadı Rəvanə Ağazadəyə çoxsaylı zərbələr endirib.
Ananın qucağında olan 2 yaşlı oğlu da xəsarət alıb. Sezar pizza
Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız