Gürcüstan DİN-in Sərhəd Polisi əməkdaşları Azərbaycanla dövlət sərhədini qanunsuz keçməkdə və külli miqdarda narkotik qaçaqmalçılığında şübhəli bilinən 2 nəfəri saxlayıblar.
"Yeni Sabah" Novosti-Qruziya-ya istinadla xəbər verir ki, şübhəlilər "Qırmızı Körpü" sektorunun Vaxtanqisi mühafizə olunan hissəsində sərhədi keçiblər.
Saxlanılanlardan birinin üzərində şəxsi axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən dərmanların istehsalında istifadə edilən tiryək alkaloidi olan tebaine adlı plastik torba aşkar ediblər. Onların şəxsiyyətini və vətəndaşlığını, eləcə də müsadirə edilən maddənin miqdarını bildirməyib. Onlayn mağaza
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 maddəsi ilə aparılır: qanunsuz qrup şəklində sərhəd keçidi, külli miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanması və ölkəyə külli miqdarda narkotik maddələrin qanunsuz idxalı.
Təqsirli bilinərsə, saxlanılanları 12 ilə qədər həbs cəzası gözləyir.
Telegram kanalımız