20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir

saytların hazırlanması

Evə çatdırılma

20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir

Dünya

10 Sentyabr 2026 19:33 91


Türkiyənin Bursa şəhərində Rusiya vətəndaşı olan həyat yoldaşı Arzu Xəlilovaya (20 yaş) 146 qayçı zərbəsi endirərək onu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Salıcan Mehmetin (28 yaş) məhkəmə prosesi davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Türk" telekanalı məlumat yayıb.

Prokurorluq təqsirləndirilən şəxs üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edir. Pepperoni pizza

Dəhşətli hadisə 2025-ci il noyabrın 3-də Yıldırım rayonunun Deyirmenlikızık məhəlləsində baş verib. Dörd il dini nikahda olduğu, iki uşaq anası olan Arzu Xəlilova ilə mübahisə edən Salıcan Mehmet ona 146 qayçı zərbəsi vurub. Ekspertizanın rəyinə əsasən, bu zərbələrdən 72-si ölümcül olub.

Qeyd edək ki, Salıcan Mehmet daha əvvəl səkkiz dəfə məhkum olunub.

Məhkəmənin ilk iclasında Arzunun anası Zülfiyyə Xəlilova iki nəvəsinin xətrinə kürəkənindən şikayətçi olmadığını bildirmişdi. Lakin ikinci iclasda o, artıq şikayətçi olduğunu bildirib və kürəkəninə ən ağır cəzanın verilməsini istəyib.

Hüquqi prosesləri anlamadığını deyən Zülfiyyə Xəlilova ifadəsində bildirib: "Mən sadəcə onun cəzalandırılmasını istəyirəm. Əvvəlki dinləmədə şikayətçi olmadığımı demişdim, məni aldatdılar, anlamadım. İşdə iştirak etmək istəmədiyimi bildirmişdim. Lakin məsələnin hüquqi tərəflərini bilmirdim. İndi isə müqəssirdən rəsmən şikayətçiyəm".

Bursa 19-cu Ağır Cəza Məhkəməsi təqsirləndirilən şəxsin psixi sağlamlığının müəyyən edilməsi üçün İstanbul Məhkəmə Tibb Ekspertizasına sorğu göndərilməsinə və onun həbsdə qalmasına qərar verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!