Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

20-yə yaxın tibb işçisi niyə vəzifədən azad edildi? -  RƏSMİ AÇIQLAMA
05 May 2021 14:45
544

20-yə yaxın tibb işçisi niyə vəzifədən azad edildi? - RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun 20-yə yaxın işçisinin işdən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

TƏBİB-dən Yenisabah.az-a verilən məlumatda bildirilir ki, adıçəkilən və digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir.

Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir. Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər