Xəbər verdiyimiz kimi, "Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində bir nəfər suda batıb.
"Unikal" xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini H. Allahverdiyevin cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Hüseyn Allahverdiyev Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub. ShopByBro
Telegram kanalımız