“200 illik ekspansiya cənab prezident demişkən gorbagor olur” - Fəzail Ağamalı

“200 illik ekspansiya cənab prezident demişkən gorbagor olur” - Fəzail Ağamalı

Siyasət Veb saytların hazırlanması

18 Sentyabr 2023 21:45 386


Bu gündən Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu işlək vəziyyətə gətirildi. Ölkə prezidenti, cənab İlham Əliyevin qibtə olunacaq təmkinli, çevik və unikal siyasəti ermənilərin və onları himayə edən ABŞ-Fransa lobbiçiliyinin hay-küylü "blokada", "humanitar fəlakət" kimi əsassız şoularını iflasa uğratdı.

Dünya erməniliyi növbəti məğlubiyyətlərinin acı nəticələrini yaşamaqdadılar. Bu onların taleyidi, tarix boyu belə olub və belə də davam edəcəkdir. Çevrə tam qapanma ərəfəsindədir. İmkan tapan haylar böyük təşvişlə Qarabağ torpaqlarını tərk edirlər. Seperatçı xunta rejiminin və onları müdafiə edən qeyri-qanuni silahlı quldurların xaççəkmə anı yaxınlaşmaqdadır.

200 illik ekspansiya cənab prezident demişkən gorbagor olur. Millətimiz və ölkəmiz əbədi olaraq erməni məkrindən və hiyləgərliyindən azad olur. Xeyirin şər üzərində son, möhtəşəm qələbəsi uzaqda deyil. Onu təmin edən və müjdəsini verən Əlahəzrətin gur, qürurlu səsi üçün çox darıxmışıq!..

Fəzail Ağamalı

Millət vəkili, Ana Vətən Partiyasının sədri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!