"2018-ci ildə Ermənistanda hakimiyyətə gələnlərin əməllərinə siyasi-hüquqi qiymət verilməlidir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputat Anna Mkrtçyan deyib.
“Mən həqiqətən ümid edirəm ki, Ermənistanda öz təbii kursuna qayıtdıqdan sonra formalaşacaq hökumət 2018-ci ildə baş verən bütün hadisələri və onların təşkilatçılarını, eləcə də onların kölgə oyuncaqlarını dəyərləndirmək üçün kifayət qədər siyasi iradəyə malik olacaq. 2018-ci ildə başlayan biabırçı səhifəni bağlamaq üçün Ermənistan Respublikasının bir yolu var və bu, məsuliyyətə cəlb etmək məntiqindədir”, - deyə deputat qeyd edib.
Telegram kanalımız