2020-ci ildə MDB-nin ən dözümlü və zəif valyutaları
01 İyn 2020 14:00
159

2020-ci ildə MDB-nin ən dözümlü və zəif valyutaları

2020-ci il dünyada həm siyasi, həm də iqtisadi baxımdan qeyri-sabitliklə müşahidə olunur. Koronavirus pandemiyası dünya iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, bir çox ölkələrin milli valyutalarını ciddi təzyiq altında saxlayır.

2020-ci il yanvarın 1-dən iyunun 1-nə qədər keçən 5 ayda MDB ölkələrinin valyutaları da dollar qarşısında ciddi azalma nümayiş etdiriblər.

Yenisabah.az xəbər verir ki, yanvar-iyun aylarında ən böyük ucuzlaşmanı belarus rublu nümatyiş etdirib. Rubl dollar qarşısında 15,04% dəyər itirərək 2,1036-dan 2,41-ə çatıb.

Onun ardınca, dollar qarşısında ən çox ucuzlaşan MDB valyutaları sırasında rus rublu 14,29% (61,9-dan 70,75 rubla) Ukrayna qrivnası 13,59% (23,6-dan 26,9-a), gürcü larisi 10,75% (2,86-dan 3,17-yə), qazax tengəsi 7,96% (381,18-dan 411,54-ə),özbək suması 6,64% (9,5-dən 10,1-ə), tacik somonisi 6% (9,68-dən 10,2-yə), qırğız soması (69,64-dən 73,76-ya), Moldova leyi 2,43% (17,2-dən 17,6-ya), erməni dramı 0,8% (479-dan 483-ə) və Latviya, Litva və Estoniyada isə avro 0,876% ucuzlaşaraq 0,8902-dən 0,898-ə qalxıb.

Azərbaycan və türkmən manatı bu müddət ərzində stabil qalıb. Valyuta kurslarının ucuzlaşmasına səbəb neft qiymətlərinin enməsi, koronavirus pandemiyası və qarşıdan iqtisadi böhranın gəlməsidir. /Modern.az

 

Oxşar xəbərlər