İlk yarımildə Mərkəzi Bankın valyuta hərraclarında 757 milyon dollar satılıb.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
“Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard dollar, 2024-cü ildə isə 3,7 milyard dollar olub. Aprelin 1-dən etibarən keçirilən 101 valyuta hərracında cəmi 203 milyon dollar satılıb. Mərkəzi Bank isə iyulun 30-u daxil olmaqla, valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirərək ümumilikdə 2 milyard 77 milyon dollar alıb. Nəticədə, ehtiyatların idarə olunması və alışyönümlü müdaxilələr hesabına Mərkəzi Bankın valyuta ehtiyatları 19,4% və ya 2,2 milyard dollar artaraq 13,7 milyard dollara yüksəlib”, - deyə AMB sədri qeyd edib. pizza sifarişi
Telegram kanalımız