Bu sahədə vəziyyət yaxşı deyil –   Rəsmi rəqəmlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu sahədə vəziyyət yaxşı deyil – Rəsmi rəqəmlər açıqlandı

İqtisadiyyat

13 Oktyabr 2026 10:01 122


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 1,5 faiz artıb. Bununla belə, iqtisadiyyatın bəzi sahələrində artım qeydə alındığı halda, tikinti sektorunda ciddi geriləmə baş verib.

Bub barədə “Yeni Sabah”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki,  cari ilin ilk doqquz ayında ölkədə 102 milyard 48,2 milyon manatlıq ÜDM istehsal olunub. pizza mizza

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb.

ÜDM istehsalının 34,3 faizi sənayenin, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5,4 faizi tikintinin, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi isə informasiya və rabitə sahələrinin payına düşüb. Digər sahələrin payı 20,9 faiz, məhsula və idxala xalis vergilərin ÜDM-də xüsusi çəkisi isə 9,8 faiz təşkil edib.

Əlavə dəyər informasiya və rabitə sahələrində 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 10 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8 faiz, digər xidmət sahələrində 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,1 faiz, sənayedə isə 0,2 faiz artıb.

Ən ciddi geriləmə tikinti sektorunda qeydə alınıb. Belə ki, bu sahədə əlavə dəyər 8,7 faiz azalıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!