2050-ci ildə Azərbaycanda hər 9 oğlana 1 qız düşəcək

saytların hazırlanması

Evə çatdırılma

2050-ci ildə Azərbaycanda hər 9 oğlana 1 qız düşəcək

Sosial

23 Fevral 2023 15:54 706


“Selektiv abort problemi indi bütün dünyada aktualdır. Azərbaycan bu təcrübəni fəal şəkildə tətbiq edən ölkələrin siyahısına başçılıq edir”. 

Bunu “Report”a müsahibəsində qadınlara qarşı zorakılıqla mübarizə aparan “Gender Hub” qeyri-hökumət təşkilatının təsisçisi Məryəm Məcidova deyib. 

Onun sözlərinə görə, son məlumatlara görə, Azərbaycanda hər 116 oğlana 100 qız doğulur: “Bioloji norma isə 100 qızın 102-106 oğlana nisbəti hesab olunur. Bu o deməkdir ki, demoqrafik baxımdan artıq problem var”.  pizza mizza

M.Məcidovanın fikrincə, belə davam edərsə, 2050-ci ildə bizdə hər 9 oğlana yalnız 1 qız düşəcək: “Ona görə də cəmiyyətin diqqətini bu problemə yönəltmək çox vacibdir”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!