22 il ərzində dağ yarıb yol açdı: Film kimi həyat   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

22 il ərzində dağ yarıb yol açdı: Film kimi həyat - FOTOLAR

Dünya

24 Sentyabr 2026 22:52 146


Bəzən bir insanın çəkdiyi əziyyət bütöv bir bölgənin taleyini dəyişə bilir. Hindistanda yaşayan Dashrath Manjhi həyat yoldaşını xəstəxanaya vaxtında çatdıra bilmədikdən sonra 22 il ərzində təkbaşına dağ yararaq yol açıb.

“Yeni Sabah” xəbər verir ki, Manjhi bu işi heç bir texnika olmadan, yalnız çəkic və kəski ilə görüb. Manjhinin həyat yoldaşı  yaşadıqları kəndlə ən yaxın xəstəxana arasındakı dağlıq ərazi səbəbindən vaxtında tibbi yardım ala bilməyib və həyatını itirib. Bu hadisədən sonra Manjhi başqa insanların da eyni problemlə üzləşməməsi üçün hərəkətə keçib. O, Gaya bölgəsində kənd sakinlərinin digər ərazilərə getməsini çətinləşdirən dağı yarmağa başlayıb.

Manjhi heç bir iş maşınından istifadə etmədən, yalnız çəkic və kəski ilə qayaları parçalayaraq yol açıb. Ətrafındakılar onun bu məqsədini mümkünsüz hesab etsələr də, o, işindən əl çəkməyib. Manjhi gecə-gündüz çalışaraq 22 il ərzində dağın içərisindən böyük bir keçid yaradıb. Dominos pizza

Açdığı yolun uzunluğu 110 metr, eni 9,1 metr, dərinliyi isə 7,7 metr olub.

Manjhinin açdığı keçid nəticəsində iki ərazi arasındakı məsafə 55 kilometrdən 15 kilometrə qədər azalıb. Beləliklə, kənd sakinlərinin xəstəxanaya və digər ərazilərə getməsi xeyli asanlaşıb. Bu böyük zəhmətinə görə Manjhi xalq arasında “Dağ adamı” adlandırılıb.

O, 2007-ci ildə 73 yaşında vəfat edib. Manjhinin xatirəsinə Hindistanın Gehlaur bölgəsində abidə ucaldılıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!