Pakistanda silahlı hücum: 11 mədənçi öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda silahlı hücum: 11 mədənçi öldürüldü

Dünya

29 Noyabr 2026 23:06 50


Pakistanın Bəlucistan əyalətində silahlı şəxslər mədənçiləri daşıyan iki avtomaşına hücum edərək 11 nəfəri öldürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumata görə, hücum edənlər ölkənin cənub-qərbindəki Kohlu rayonunda mədənçiləri daşıyan iki pikapı saxlayaraq onları oğurlayıblar. Sonra sürücüləri buraxaraq, sərnişinləri öldürüblər və qaçaraq gizləniblər. Online alış-veriş

Digər təfərrüatlar açıqlanmır.

Polis nümayəndəsi Tayyab İqbal hüquq-mühafizə orqanlarının şübhəlilərin yerini müəyyənləşdirmək və yaxalamaq üçün axtarış əməliyyatına başladığını bildirib.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi hücumu pisləyib və ölənlərin ailələrinə başsağlığı verib.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!