27 il dözdüm, indilər heç 1 il dözmür -  “Elit star” Cəmilə - Video

saytların hazırlanması

Evə çatdırılma

27 il dözdüm, indilər heç 1 il dözmür - “Elit star” Cəmilə - Video

Şou

06 İyul 2024 13:31 926


"Elit star" Cəmilə (Cəmilə Hüsüyeva) açıqlaması ilə diqqəti üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, “Nigar xanım” verilişində qonaq olan sənətçi kişi və qadın hüquqlarından danışıb və onların eyni olmadığını dilə gətirib:

“Qadınla kişinin hüququ bərabərdir" fikri absurddur. Heç vaxt hüquqlar bərabər ola bilməz. Biz kişilərlə bir yerdə işə gedib-gələ, veriliş apara bilərik. Əgər hüquqlar bərabərdirsə, niyə qadınlar əsgər getmir?” pizza sifarişi

O, boşanmalar barədə də danışıb:

“O vaxt qadın ərə getdisə, boşanmaq söhbəti yox idi. Mən özüm 27 ildən sonra boşanmışam. İndikilər ərə gedir, 1 ay sinra boşanır. Xasiyyətimiz düz gəlməsə də, dözdüm. O vaxt rəhmətlik anam mənə dedi ki, ortada 2 uşaq var, onlara görə dözməlisən, yoxsa sabah məhəllədə, məktəbdə o uşaqlara pis baxacaqlar, onlar yarımçıq böyüyüəcək. Dedi, qoy uşaqlar böyüsün, evlənsin, sonra xoşun gəlmirsə, evinizi ayırarsınız.

Mən bu fikirlə razılaşdım, onlar böyüdü, əsgərliyə getdi-gəldi, ikisinin də toyunu etdim. Ondan sonra ərimə dedim ki, öz evin var, bu sənin evinin açarları, bu da paltarların, götür, get o biri arvadının yanına.

Biz gözəl ayrıldıq, mədəni şəkildə boşandıq, indi də uşaqların, nəvələrin ad günündə görüşürük, salam-sağolumuz var, hörmətlə, izzlətlə yollarımızı ayırmışıq. Mən 27 ildim dözdüm, indi heç 7 ay belə dözmürlər, 3-5 aydan sonra xasiyyətimiz düz gəlmir deyib uşaqla bir yerdə gedirlər analarının evinə”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!