“Baxın və utanın! Əllərinə bir 100-lük, iki 100-lük, bir 50-lik, bir 20-lik, üstəlik 5 minlik rus pulu alıb bütün zalı gəzən o görməmiş "çuşka"lar... Aygün Kazımovanı gördünüz? Elə buna görə Aygün Aygündür. O, pulu yeyə-yeyə oynayır”.
“Yeni Sabah” xəbər verir ki, bunu klarnet ifaçısı Hüseyn Məmmədoğlu deyib.
O, əlində pulla toyda mahnı oxuyan ifaçıları qınayıb: Online shopping Azərbaycan
“Siz heç vaxt onlar ola bilməyəcəksiniz. Görməmişliyinizdən bəziləri pulu tez cibinə qoyur ki, birdən musiqiçi əlindən alar, bəziləri isə pulu əlində gəzdirib video çəkdirir. Çünki görməmişsiniz. Onun əvəzinə sənətlə məşğul olun, yeni, gözəl mahnılar çıxarın, millətə xeyir verin. Gözəl, zövqlü musiqilər yaradın, ay görməmişlər!
Baxın Aygün Kazımovanın videosuna. Bu hərəkəti Röya da edib, onunla eyni toyda olmuşuq. Amma siz bunu heç vaxt edə bilməyəcəksiniz, çünki görməmişsiniz”.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyadakı toy məclisində çıxış edən Xalq artisti Aygün Kazımova oxuyarkən ona xeyli bəxşiş verilmiş, ifaçı isə həmin pulları gəlinin başına səpmişdi.
Aydan Hacı
Telegram kanalımız