Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərə alternativ marşrutlar təklif olunub.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişinlərin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə “Dərnəgül” dəmiryol dayanacağından istifadə etmək mümkündür. pizza hut
Belə ki, sərnişinlər “Dərnəgül” dayanacağından “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa gedə bilərlər.
Həmçinin Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər buradan eyniadlı metro stansiyasına keçid edərək Yaşıl xətt üzrə hərəkətlərini davam etdirə bilərlər.
Bu marşrutla sərnişinlər, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyalarına rahat şəkildə çata bilərlər.
Aytac Əliyeva
Telegram kanalımız