3 bacı-qardaşın sirli ölümü: İtkin düşən 4-cü övlad sağ tapıldı

saytların hazırlanması

Evə çatdırılma

3 bacı-qardaşın sirli ölümü: İtkin düşən 4-cü övlad sağ tapıldı

Dünya

22 Avqust 2026 01:34 46


Türkiyənin Kocaeli şəhərinin Darıca rayonunda dənizdə meyitləri tapılan 3 bacı-qardaşın şəxsiyyəti bəlli olub. 24 yaşlı Gülşah Sakar, 17 yaşlı Ali Sakar və 15 yaşlı Belinay Sakarın cəsədlərində hər hansı zorakılıq və ya boğuşma izinə rast gəlinməsə də, təhqiqat zamanı itkin düşmüş kimi axtarılan 4-cü bacı dənizdən kənar başqa bir nöqtədə sağ tapılıb.

"Yeni Sabah" "Hürriyet"ə istinadən xəbər verir ki, əyinlərində paltarları olan və üzərlərində hər hansı zorakılıq və ya boğuşma izi olmayan bacı-qardaşların cansız bədənləri baxışdan sonra məhkəmə-tibbi ekspertiza üçün Qebze Məhkəmə Tibb Qurumuna aparılıb.

Hadisədən sonra əlaqə saxlanıla bilməyən digər bacı B.S. üçün axtarış işlərinə başlanılıb. Briqadaların izləməsi nəticəsində B.S. dənizdən kənarda, fərqli bir nöqtədə sağ tapılıb. B.S.-nin vəziyyətinin yaxşı olduğu və ifadəsinin alınacağı öyrənilib. Dominos pizza

Briqadalar təhqiqatı hərtərəfli şəkildə davam etdirirlər.

Qebze Cümhuriyyət Baş Prokurorluğundan hadisənin bütün təfərrüatları ilə aydınlaşdırılmasına yönəlmiş təhqiqat işlərinin titizliklə davam etdirildiyini bildirilib.

Baş Prokurorluğun açıqlamasında dünən Cövhər Dudayev Parkının sahil hissəsindəki qayalıqlarda biri qadın, biri 15 yaşında qız uşağı və biri 17 yaşında oğlan uşağı olmaqla 3 nəfərin cansız bədəninin tapıldığı xatırladılıb.

Barmaq izi baxışları və davam edən araşdırmalar nəticəsində cəsədlərin 24 yaşlı G.S., 15 yaşlı B.S. və 17 yaşlı M.A.S.-yə aid olduğu, 3 nəfərin bacı-qardaş olduqlarının müəyyən edildiyi qeyd olunub.

"Aparılan ətraf və kamera araşdırmaları nəticəsində üç bacı-qardaşın hadisədən əvvəl birlikdə olduqlarını göstərən görüntü qeydləri müəyyən edilmişdir. Hadisə çərçivəsində ələ keçirilən mobil telefonlar və kompüterlər incələnməyə götürülmüşdür, hadisənin bütün yönlərilə aydınlaşdırılmasına istiqamətlənmiş təhqiqat işləri Cümhuriyyət Baş Prokurorluğumuz tərəfindən titizliklə və hərtərəfli sürdürülür", - deyə əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!