YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“3 əsgərimiz erməni təxribatı nəticəsində xəsarət alırsa, bu, ciddi bir siqnaldır, ən yaxın saatlarda...”

“3 əsgərimiz erməni təxribatı nəticəsində xəsarət alırsa, bu, ciddi bir siqnaldır, ən yaxın saatlarda...”

Siyasət

24 Sentyabr 2022 21:07 3124


Ermənistan tərəfinin növbəti təxribatı onların daha ciddi cəzalanması ilə nitəcələnəcək. Azərbaycan əsgərinə atəş açılan bütün nöqtələrin cəmləşdirilmiş artilleriya atəşi ilə məhv edilməsi və həmin mövqelərdə bayrağımızın ucaldılması təmin edilməlidir. Bundan sonra Ermənistanın aldığı cəzalardan nəticə çıxarıb-çıxarmayacağı artıq onların işidir. Çünki erməni tərəfi sentyabrın 12-dən başlatdıqları təxribatlara cavab Azərbaycan Ordusunun cəza tədbirlərinin nəticəsində döyüş meydanından cəsədlərini hələ tam toplayıb qurtarmayıb. Əgər onlar bu günə qədər aldıqları dərslərdən nəticə çıxarmırlarsa, bu, artıq onların problemidir. Bu bizi qətiyyən maraqlandırmır.

Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, bizim üçün əsas məsələ Azərbaycan əsgərinin sağlamlığıdır:

“Əgər bir gündə 3 Azərbaycan əsgəri erməni təxribatı nəticəsində xəsarət alırsa, bu ciddi bir siqnaldır. Bunun da cavabı ən yaxın saatlarda və ya günlərdə veriləcək. Burada diqqət çəkən məqam odur ki, Ermənistanın hərbi təhbərliyi baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. 40 general və polkovnikdən ibarət bir olan qrup N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kampaniya başlatmışdılar. Hazırda həmin qrupdan 30 nəfər öz vəzifələrini icra edir. N.Paşinyan onlardan sadəcə 10 nəfərini vəzifədən uzaqlaşdıra bilib. Qalanları yerindədir”.

Hərbi ekspert N.Paşinyana qarşı olan hərbi komdanlığın böyük əskəriyyətinin Köçəryan-Sarkisyan rejimi zamanında general olduğunu söyləyib:

“İndi də onlar N.Paşinyana zərbə vurmaqla sülh prosesini pozmaq və bunun ardınca Ermənistanda xaos yaratmaq üçün təxribatlara əl atırlar. Amma ümumilikdə bunlar da bizim üçün maraqlı deyil. Azərbaycan əsgərinə xəsarət yetirilibsə, bunu cavabı verilməlidir”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!