3 gün şaxtalı hava olacaq, yollar buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

3 gün şaxtalı hava olacaq, yollar buz bağlayacaq

Sosial

18 Fevral 2024 13:14 568


Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova feysbuk səhifəsində paylaşım edib.

"Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur. Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. Əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində". Toyuqlu pizza

İ.İbrahimova bildirib ki, şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!