Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş və nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.
Yenisabah.az xəbər verir ki, onun nəşi Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırılıb.
Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb. Sezar pizza
Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Telegram kanalımız