31 ton qızıl ABŞ-a köçürülür

saytların hazırlanması

Evə çatdırılma

31 ton qızıl ABŞ-a köçürülür

Dünya

21 Sentyabr 2026 15:43 101


Venesuela hökuməti və müxalifəti yeddi illik hüquqi mübahisədən sonra ölkənin Mərkəzi Bankına məxsus qızıl ehtiyatlarının yerinin dəyişdirilməsi barədə razılığa gəliblər.

“Yeni Sabah” xəbər verir ki, Londonun İngiltərə Bankında saxlanılan 31 ton qızıl külçəsi ABŞ-ın Nyu-York Federal Ehtiyat Bankına transfer olunacaq.

Dəyəri təxminən 4 milyard dollar olan bu qızıl ehtiyatı üzərində Venesuelanın hüquqi nəzarəti bərpa edilsə də, aktivlərin birbaşa satılmasına icazə verilməyəcək. Toyuqlu pizza

Qızıl rezervləri dövlət borcları və maliyyə öhdəlikləri üçün təminat (girov) qismində istifadə olunacaq. Əldə edilən kredit vəsaitləri ölkənin bərpası və dövlət xərclərinin qarşılanmasına yönəldiləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!