Rəşt-Astara dəmir yoluna dair saziş təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Rəşt-Astara dəmir yoluna dair saziş təsdiqləndi

Dünya

08 Noyabr 2026 18:56 66


Rusiya tərəfinin layihədə iştirakını nəzərdə tutan saziş ötən həftə təsdiqlənib, xəttin 37 kilometrlik sonuncu torpaq sahələri isə Rusiya şirkətinə təhvil verilib.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin baş direktoru, yol və şəhərsalma nazirinin müavini Huşəng Bazvənd deyib.

Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin İranın Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənib. Dördpendirli pizza

Bazvənd qeyd edib ki, bundan sonra layihənin icra işləri daha sürətlə davam etdiriləcək. 

Beləliklə, layihənin ümumilikdə 162 kilometrlik marşrutu zəruri tədqiqatların və sahə araşdırmalarının aparılması üçün təhvil verilib.

Bazvənd Şimal-Cənub dəhlizinin əhəmiyyətinə toxunaraq bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi prezidentin və yol və şəhərsalma nazirinin xüsusi diqqətindədir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün layihənin həyata keçirilməsində mövcud bütün imkan və potensialdan istifadə edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!