İsraildə hökuməti “Yaşar” lideri quracaq

saytların hazırlanması

Evə çatdırılma

İsraildə hökuməti “Yaşar” lideri quracaq

Dünya

08 Noyabr 2026 19:59 53


İsrail Prezidenti İsaak Hersoq müxalifətə və "Yaşar" Partiyasının lideri Qadi Aysenkota hökumət qurmağı tapşırıb. \

"Yeni Sabah" Times of Israel-ə istinadla xəbər verir ki, dövlət başçısı mandatın rəsmi təqdimatı mərasimində bildirib:

"Bütün millətə xidmət edəcək bir hökumət qurmaq üçün əlinizdən gələni etməyinizi gözləyirəm". Sezar pizza

Müxalifət lideri öz növbəsində üzərinə düşən məsuliyyəti başa düşdüyünü və bunu yerinə yetirmək üçün "yaradıcı və fövqəladə addımlar" atmaq niyyətində olduğunu bildirib.

Hersoq əvvəllər həm Aysenkotu, həm də hazırkı Baş nazir Benyamin Netanyahunu qərarı ilə tanış edib. Prezident yeni Knessetin bütün üzvlərinin maraqlarını təmsil edən nümayəndə heyətləri ilə məsləhətləşdikdən sonra baş nazirliyə namizədini seçib. Nəticədə, 67 MK Aysenkota, 46-sı Netanyahuya səs verib, qalanları isə bitərəf qalıb.

Aysenkotun hökumət qurmaq üçün 28 günü olacaq. Lazım gələrsə, o, əlavə 14 gün müddət tələb edə biləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!