32 yaşlı məşhur aktyor TANINMAZ HALDA – Elə FOTOLARI yayıldı ki…

saytların hazırlanması

Evə çatdırılma

32 yaşlı məşhur aktyor TANINMAZ HALDA – Elə FOTOLARI yayıldı ki…

Şou

06 Sentyabr 2026 11:12 193


Türkiyəli aktyor Halit Özgür Sarının üzündəki dəyişiklik sosial mediada gündəm olub.

Musavat.com bildirir ki, Sarı “Kardeşlerim” serialında rol aldıqdan sonra pərəstişkar kütləsi qazanıb.

Aktyor “Diriliş Ertuğrul”, “Şampiyon”, “Hakan: Muhafız” və “Kırmızı Oda” kimi məşhur layihələrdə də rol alıb. Hazırda Miray Danerlə tərəf müqabili olan Halit Özgür Sarı “Alıkara” serialı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Lakin aktyor bu dəfə karyerası ilə deyil, görünüşü ilə gündəmə gəlib. Sezar pizza

Sosial mediada yayılan fotolarda Halit Özgür Sarının dodaq, çənə və almacıq sümüyü ətrafındakı dəyişiklik diqqət çəkib. Bundan sonra Sarının üzünə dolğu və botoks etdirdiyi ilə bağlı iddialar yayılmağa başlayıb.

Sosial media istifadəçiləri aktyorun yeni görünüşü ilə bağlı “Halit Özgür Sarıya nə olub?”, “Dolğu etdirmiş kimi görünür” və “Əvvəlki görünüşü daha təbii idi” kimi şərhlər yazıblar.

Halit Özgür Sarı estetik iddialarına münasibət bildirərək məsələyə aydınlıq gətirib.

32 yaşlı aktyor bildirib ki, son görüntüsündəki fərqin səbəbi makiyaj və işıqlandırma ilə bağlı olub:

“Dünəndən bəri bir çox insan zəng edib “Necəsən, gözəllik?” deyə soruşur. Bu açıqlamanı çoxdan vermək istəyirdim. Heç bir şey etdirməmişəm. İndiyə qədər keçirdiyim yeganə əməliyyat burun əməliyyatıdır. Bunu da heç vaxt gizlətməmişəm.

Dünən üzümə çox makiyaj edilmişdi. Makiyaj yaxşı alınmamışdı. İşıq da çox idi. İkisi bir-birinə uyğun gəlməyib. Bu, hər kəsin başına gələ bilər, mənim də başıma gəldi. Çox da şişirtməyin. Mənfi fikirlər mənim üçün önəmli deyil. Mən bildiyim doğrunu etməyə davam edəcəyəm. Bığımı bəyənməyənlər də var, ona da eyni şəkildə davam edəcəyəm. Bu qədər kinə, nifrətə və təhqirə ehtiyac yoxdur. Buna görə məhkəməyə verilə bilərsiniz, amma mən belə bir şey etməyəcəyəm. Pulunuza heyifdir. Onsuz da kifayət qədər neqativlik, bədbəxtlik, pislik var. Özünüzə yaxşı baxın”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!