Ermənistan yüzə yaxın hərbi qulluqçusunu itirib -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan yüzə yaxın hərbi qulluqçusunu itirib - RƏSMİ

Hadisə

17 İyul 2020 07:11 2064


Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərinin isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

“Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq”.

Bildirək ki,  Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayaraq bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə iyulun 12-dən 16-a qədər davam edən döyüş nəticəsində 36 hərbi qulluqçusu yaralanıb.

Komitənin ilkin məlumatına görə, bu ölkənin Azərbaycana qarşı bir neçə gündür davam edən təxribatları nəticəsində habelə 4 hərbçi ölüb. Onlar arasında yüksək rütbəli zabitlər də var. Qeyd edilir ki, döyüşlər zamanı bir neçə zirehli texnika yararsız hala salınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!