40-a yaxın bağçanın müdiri işdən çıxarılıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

40-a yaxın bağçanın müdiri işdən çıxarılıb - Rəsmi

Sosial

04 Aprel 2024 16:40 484


Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb. Dominos pizza

Rəsulova qeyd edib ki, həmin müddət ərzində 450 məktəbəqədər təhsil müəssisəsində qida ilə bağlı monitorinqlər aparılıb:

"Qida ilə birbaşa işləyən şəxslər, aşpazlar təlimlərə cəlb edilib".

O əlavə edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artırılması da əsas hədəflər sırasındadır:

"Əvvəl bu hədəf 17 min idisə, artıq 20 minə qədər uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!