Bəzi hallarda hər hansısa şəxs spirtli içki qəbul etdikdən sonrakı gün də avtomobil idarə etdiyi halda onda alkotester vasitəsilə spirtli içki aşkarlanır və buna uyğun ona cəza tətbiq edilir.
Bəs, bu kimi hallarda nə etmək olar?
"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı sualları Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev İctimai TV-nin efirində cavablandırıb. Məişət texnikası
"Bu kimi hallar sürücü qanun pozuntusu etdikdə aşkarlanır. Burada gecə yuxusu da vacibdir və spirtli içkinin nə zaman da qəbul olunması da vacibdir.Əgər həmin şəxs gecə saat 02:00-də spirtli içki içib səhər 08:00-də yola çıxırsa, onda, əlbbətə ki, alkoqol aşkarlanacaq.
Əgər həmin şəxs səhər saat 11:00-12:00-da sükan arxasında olursa və o ayaqda durmaqda çətinlik çəkirsə o zaman da o spirtli içkinin təsiri altında sayılır".
Telegram kanalımız