402 qadına, 31 kişiyə mühafizə orderi verilib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

402 qadına, 31 kişiyə mühafizə orderi verilib - Rəsmi

Sosial

19 May 2026 15:32 46


Azərbaycanda 2025-ci ildə 433 mühafizə orderi icraatda olub.

"Yeni Sabah" xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.

Beləliklə, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 381 (2024-cü ildə 325) qısamüddətli, 52 (2024-cü ildə 34) uzunmüddətli olmaqla, ümumilikdə 433 (2024-cü ildə 359) mühafizə orderi icraatda olub. Onlardan 402-si (2024-cü ildə 338-i) qadınlar, 31-i (2024-cü ildə 21-i) kişilər barədə verilib. 217 (2024-cü ildə 190) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 20 (2024-cü ildə 12) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib. 35 (2024-cü ildə 28) mühafizə orderi “İcra haqqında” qanunun 7-ci və 9-cu maddələri ilə geri qaytarılıb, 4 (2024-cü ildə 0) mühafizə orderi “İcra haqqında” qanunun 23.1.1-ci maddə si ilə geri qaytarılıb. 4-ü (2024-cü ildə 18) ərazi aidiyyəti üzrə göndərilib, 153 (2024-cü ildə 111) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib. Toyuqlu pizza

Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məhkəmə tərəfindən 1 borclu barəsində inzibati həbs seçilib. Uzunmüddətli mühafizə orderi üzrə isə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!