Astaradan olan hamilə qadın Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.
"Yeni Sabah" Teleqraf-a istinadən xəbər verir ki, Astaranın Rinə kənd sakini Zümrüd Kamran qızı Hacıyevanın səhhətində yaranan ağırlaşma səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Z.Hacıyeva 5 il əvvəl ailə qurub. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Meyit ailəsinə təhvil verilib və doğulduğu kənddə torpağa tapşırılıb.
Qeyd edək ki, Z.Hacıyeva hamiləliyinin 5-ci ayında dünyasını dəyişib.
Telegram kanalımız