Toyda rəqs edirdilər - Başlarına elə iş gəldi ki…

saytların hazırlanması

Evə çatdırılma

Toyda rəqs edirdilər - Başlarına elə iş gəldi ki…

Hadisə

28 Noyabr 2026 14:31 47


Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, M.Rəhmanov rayon ərazisində yerləşən restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb. O, məclislərdə iştirak edən şəxslərlə heç bir tanışlığı olmadığı halda restoranlara daxil olub, masaların ətrafında gəzərək qonaqları müşahidə edib. Məclis iştirakçılarından hər hansı biri rəqs etmək üçün qalxdıqda isə masanın üzərindəki mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb. Onlayn mağaza

Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3 300 manat olan mobil telefonları oğurladığı, daha sonra hər iki telefonu ümumilikdə 710 manata satdığı müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!