Müğənni Zeynəb Həsəni həyat hekayəsini nəql edib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” verilişində qonaq olan ifaçı çox çətinliklər yaşadığını söyləyib:
“Anam uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdi. Ona görə də, bir çox şeydən imtina etdim, istədiyim yerlərə getmədim, arzuladığım bir işi görmədim. Beş manat da qazansam, onu evə verirdim. Deyirdim ki, məndən narahat olmayın, özümü birtəhər saxlayacam. Lakin anamın xərcləri çox idi. Bəzən deyirdim, Allah, mənim üzərimə qoyduğun çox ağır məsuliyyətdir. Anam həmişə deyirdi ki, üstündə bir yükəm, öz həyatını yaşaya bilmirsən”. pizza mizza
Telegram kanalımız