YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
5 yaşlı qızı ilə yoxa çıxan qadın tapıldı:  Ərə gedib

5 yaşlı qızı ilə yoxa çıxan qadın tapıldı: Ərə gedib

Digər

24 Noyabr 2022 17:21 709


Ağdamda 5 yaşlı övladı ilə birgə itkin düşdüyü bildirilən 25 yaşlı qadın ailə həyatı qurmaq üçün evdən gedib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya polis vasitəsilə axtarışa verilən Təhminə Ağayeva özü məlumat verib.

Təhminə Ağayevanın sözlərinə görə, onun evdən getməsindən ailəsi məlumatlıdır:

“İki il əvvəl birinci həyat yoldaşımdan ayrılmışam. 5-6 gün əvvəl isə yeni münasibət qurduğum şəxslə birgə evdən çıxmışam. Atamın, qardaşımın da bundan xəbəri var. Mən itkin deyiləm, hazırda sevdiyim şəxslə birgə xoşbəxt ailə həyatı yaşayıram”.

Qeyd edək ki, Ağdam rayonu, Mirəşelli kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Ağayevanın 5 yaşlı qızı ilə birgə itkin düşməsi barədə polisə məlumat daxil olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!