İran polisindən Təbrizdəki konsulumuzun həlak olduğu qəza ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İran polisindən Təbrizdəki konsulumuzun həlak olduğu qəza ilə bağlı AÇIQLAMA

Hadisə

24 May 2026 14:25 206


İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranovun həlak olduğu avtomobil qəzasının ilkin təfərrüatını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

FƏRACA Yol Polisi İdarəsinin rəisi Əhməd Kərimi Əsəd bildirib ki, hadisə şənbə günü günorta saatlarında Mərənd polis yol postunun nəzarət etdiyi ərazidə qeydə alınıb. pizza sifarişi

Məlumata görə, diplomatik nömrə nişanlı "KIA Sportage" markalı avtomobil yolun kənarında dayanmış betondaşıyan mikser yük maşını ilə toqquşub.

Polisin açıqlamasında qeyd olunub ki, avtomobildə yalnız Azərbaycan vətəndaşı Ramil İmranov olub və o, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin araşdırmalar zamanı sürücünün toqquşmadan əvvəl avtomobili idarə etmək üçün effektiv reaksiya vermədiyi müəyyən edilib. Hadisə yerində əyləc izlərinin olmaması da buna sübut kimi göstərilib.

FƏRACA rəsmisinin sözlərinə görə, qəzanın ilkin səbəbi "sürücünün yola kifayət qədər diqqət yetirməməsi" hesab olunur. Bununla yanaşı, sürücünün qəzadan əvvəl sağlamlığında problem yaranması ehtimalının da araşdırıldığı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!