Azərbaycanın bu gün Afrika qitəsində yerləşən 54 dövlətdən 53-ü ilə diplomatik əlaqələri mövcuddur. Yalnız Mərkəzi Afrika Respublikası ilə hələ diplomatik əlaqələr qurulmayıb, lakin bu istiqamətdə də iş aparılır və gözlənilir ki, yaxın müddətdə bu proses yekunlaşacaq. Bununla da Azərbaycanın Afrika qitəsində bütün ölkələrlə diplomatik əlaqələri tam şəkildə qurulmuş olacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
O bildirib ki, hazırda Azərbaycanın Afrika qitəsində 6 ölkədə səfirliyi fəaliyyət göstərir. Liviyada isə səfirlik fəaliyyətini müvəqqəti olaraq dayandırılıb, lakin onun bərpası məsələsi də gündəmdədir. Dominos pizza
"14 Afrika ölkəsində Azərbaycanın diplomatik nümayəndəlikləri rəsmi olaraq akkreditasiya olunub. Gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsi planlaşdırılır. Hazırda bununla bağlı təhlillər aparılır və nəticələrə uyğun olaraq həm yeni səfirliklərin açılması, həm də akkreditasiyanın genişləndirilməsi və əlavə ölkələrdə Azərbaycanın diplomatik təmsilçiliyinin qurulması istiqamətində işlər davam etdirilir", - deyə Y. Rəfiyev vurğulayıb.
Telegram kanalımız