“50 qram araq içən də ürəkdən oxuyur” - Sevda Ələkbərzadə

saytların hazırlanması

Evə çatdırılma

“50 qram araq içən də ürəkdən oxuyur” - Sevda Ələkbərzadə

Şou

10 Dekabr 2019 19:12 2128


 “Ağ-qara” verilişinin növbəti qonağı Əməkdar artist Sevda Ələkbərzadə olub.

"Yeni Sabah" xəbər verir ki, müğənni bir çoxlarının özünü onun ifa tərzinə bənzətdiyini bildirib. "Təsəvvür edin kimsə Sevda Ələkbərzadənin yolunu başlayır. Ona məsləhətiniz nə olardı" sualına maraqlı cavab verib:

"Təsəvvür etmirəm, elələri var. Məsləhəti istəyənə verərəm. Ona çətin deyil, hazırı əldə edib. Bunun banisi mənəm. Hər xalq mahnısını götürüb, düzəltmək olmur. Onu seçib tapmaq var. "Getmə gəl" mahnısını bir qız oxuyub, deyir, Şövkət Ələkbərovadan eşitmişəm. Axı etdiyin boğazları məndən öyrənmisən. Mən kimdənsə öyrəndiyimi danmıram. Halallıq olmalıdır. Məndən öyrənməyiniz, ancaq məni sevindirir. Mahnı oxunduqca, yaşayır. Dominos pizza

Efirdəki çox müğənninin məktəbi yoxdur. Ola bilsin millətin 90 faizinin sevgisini qazanıb. Amma mənim sevgimi qazana bilməyəcək, biləcəm ki, məktəbi yoxdur. Deyir, ürəkdən oxuyuram. Evdə kartof kəsən qadın, restoranda 50 qram araq içən də ürəkdən oxuyur. Onun ürəkdən oxumağı heç tükümü tərpətmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!