50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

saytların hazırlanması

Evə çatdırılma

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

Kriminal

12 May 2025 14:14 357


Nəsimi rayonu ərazisində dələduzluq və soyğunçuluq edən şəxslər saxlanılıblar.

DİN-dən Yenisabah.az verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfər 50 yaşlı kişini aldatmaqla onun 36500 manatını mənimsəyib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı R.Qurbanov saxlanılıb. Aparılan araşdırmalarla onun borclu şəxs qismində axtarışda olduğu da məlum olub. pizza hut

Bundan başqa, rayon ərazisində bir nəfərin 200 manatını soyğunçuluq yolu ilə almış 22 yaşlı M.Ağamaliyev də saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!